Yeniyetmələr Twitter’də valideynlərdən gizlənirlər | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Yeniyetmələr Twitter’də valideynlərdən gizlənirlər


TeensTwitterTwitter mikrobloqu məşhurluq qazanmaqda davam edir. Bu, yeniyetmələrin Facebook’da öz hesablarını passivləşdirərək yeni sosial şəbəkəyə keçməsi ilə bağlıdır. Onlar düşünürlər ki, Zuckerberg-in sosial şəbəkəsindən yaşlı nəsil daha çox istifadə edir.

Tədqiqatın gedişatında məlum olub ki, yeniyetmələr Facebook’da valideynləri və müəllimlərinin göz qabağında olduğuna görə çox narahatdılar. Bundan başqa, bu sosial şəbəkədə xəbər lenti lazımsız informasiya ilə dolu olur. “Twitter yeniyetmələrin xoşuna gəlir, çünki bu xidmətdən valideynlər əsasən istifadə etmirlər və mikrobloqlar servisi çox sadədir. Əlbəttə, uşaqlar Facebook’da öz hesabınlarını bağlamırlar, lakin onlar Twitter, Instagram və ya Tumblr nisbətən daha az vaxt keçirirlər”, – deyə, Pew tədqiqat mərkəzinin eksperti Amanda Lenxart  qeyd edib.

Sosial şəbəkələrdən istifadə edən uşaqların 94 faizi Facebook’da hesabları var və bu səviyyə keçən ildən dəyişməyib. Amma Twitter’də oturan yeniyetmələrin sayı bu dövr üçün iki dəfə, 12-dən 24 faizə qədər böyüyüb. Uşaqlarla iş üzrə vəkil Perri Afab əmindir ki, yeniyetmələrin sosial şəbəkələrə olan həvəsi çox təhlükəli ola bilər. “Bəli, yeniyetmələr bu şəbəkələrdə müxtəlif informasiyaları bir-biri ilə bölüşürlər. Bu onların həyatıdır. Ancaq tez-tez onlar sosial şəbəkələrə şəxsi informasiyalarını belə etibar edirlər və bu trend hər il ağırlaşır”, – deyə Perri Afab bildirib.

Tədqiqatda 802 valideyn və 802 yeniyetmə iştirak edib. Statistik səhv 4,5 faiz ötmür.


Kateqoriya: Sosial Media . Açar sözlər: , , . Xəbərin linki.