Yana Rudovskaya və Sergey Lazerev Azərbaycanın Eurovision’dakı çıxışını Twitter hesablarında şərh ediblər | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Yana Rudovskaya və Sergey Lazerev Azərbaycanın Eurovision’dakı çıxışını Twitter hesablarında şərh ediblər


thumb325_20130517015906799 Dünən, yəni 16 may tarixində Eurovision mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. İkinci yarımfinalda ölkə təmsilçimiz Fərid Məmmədov “Hold me” mahnısı ilə 4-cü iştirak edib və seçim mərhələsində 2-si seçilərək finala bilet qazanıb.

1news.az xəbər saytı qeyd edir ki, tanınmış Rusiya prodüsseri və biznes-ledi Yana Rudovskaya öz Twitter hesabında Fərid barədə gözəl rəy bildirib:

– “Çox cansıxıcı yarımfinal idi, Azərbaycan və Yunanıstandan başqa heç bir çıxış xoşuma gəlmədi. Heç bilmirəm kimi 10’luğa daxil edim: – Azərbaycan, Norveç, San-Marino, Gürcüstan və Yunanıstan. Bu mənim beşliyimdir və digər ölkələri ilk 10’luğa əlavə edə bilmərəm. Bağışlayın, amma çox zəif yarımfinal idi…”

Bu yazını isə öz Twitter hesabına tanınmış müğənni Sergey Lazerev yazıb:

– “Bu gün çox zəif yarımfinal idi. Bu günkü gözəl çıxışlar – Azərbaycan, Latviyadan və Yunanıstandan olan şən uşaqlar və Norveç oldu!..”


Kateqoriya: Sosial Media . Açar sözlər: , , , . Xəbərin linki.