Dünya çempionatı Twitter-in Azərbaycan seqmentində (araşdırma) | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Dünya çempionatı Twitter-in Azərbaycan seqmentində (araşdırma)


twitter_soccer_628Bütün dünyada olduğu kimi Azərbaycanda da Futbol üzrə Dünya çempionatı böyük maraqla izləndi. Təbii ki, yerli azarkeşlər öz fikir və emosiyalarını sosial şəbəkələrdə o cümlədən Twitter-da bolluca ifadə edirdilər.

Çempionat bitdikdən sonra milyonlarla yazılmış tvit və yüklənmiş foto qaldı. Bizim Titter istifadəçilərinin nədən və nə qədər yazdığını bu araşdırmadan biləcəksiniz.

Belə ki, #worldcup haştaqı ilə 438 nəfər 4633 tvit yazıb. Haştaqı istifadə edən TOP – 3 istifadəçi bunlardır @dunyafutbolu14 – 1248, @jaffarzade – 281, @AsadovaEmilia  – 249

#worldcup2014 haştaqı ilə toplam 240 istifadəçi 1697 tvit yazıb – TOP – 3 @dunyafutbolu14 – 466,

@yasharhuseyn – 174, @GoonerAnar – 143

Çempionat əsnasında adı ən çox hallanan 3 ölkə Braziliya (570 istifadəçi 4919 tvit), Arqentina (403 istifadəçi 1085 tvit) və Almaniya ( 616 istifadəçi 4088 tvit) olub.

Yazılan tvitlərin 3771 də “Futbol” sözü olub, bu sözlə toplam 561 nəfər tvit yazıb.

Həmçinin azərbaycanlı istifadəçilər məşhur futbolçuların da adlarını öz tvitlərində hallandırıblar.

Ən çox adı hallanan futbolçu Lionel Messi olub, onun haqqında 268 istifadəçimiz 1272 tvit yazıb.

Adları hallanan diqər futbolçular;

Thomas Muller – 104 nəfər 230 tvit

Manuel Neuer – 76 nəfər 169 tvit

Xames Rodriges – 75 nəfər – 199 tvit

Mario Gotze – 108 nəfər – 151 tvit

Rəqəmlər göstərir ki, Dünya Çempionatına və ayrı-ayrı futbolçulara maraq kifayət qədər yüksək olub.

www.aztwi.com


Kateqoriya: Sosial Media. Qısa keçid.