Üç adi söz Twitter’də 100 mindən çox dəfə RT olunub | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Üç adi söz Twitter’də 100 mindən çox dəfə RT olunub


Londonlu radioaparıcı İoqan Makdermott (Eoghan McDermott) öz mikrobloqunda Justin Bieber’in 10 may tarixində Twitter’də yazdığı üç sözdən ibarət “Tam həyatla yaşa” (“Live life full”) tvitinə cavab olaraq müxtəlif 3 söz seçərək, maraqlı bir tvit paylaşıb.  Müğənninin yazdığı 3 söz 100 min RT yığıldığı halda, İoqana bu tvit çox mənasız gəlib və müğənniyə cavab olaraq o da 3 müxtəlif söz (sinə giləsi, dələ və vetçina) yazaraq, “görək mənim tvitim neçə RT yığacaq” mənası ilə izləyicilərinə müraciət edib.

11

Bir neçə gün baş verən aktivlik London sakininin təəccübünə səbəb olub. Onun tviti bir neçə gündə 100 mindən çox RT olunub. Radioaparıcı üçün bu nailiyyət əhəmiyyətli olub, çünki, bu tviti yazarkən onun izləyicilərinin sayı bir neçə min idi.  Biberin izləyicilərinin sayı isə 40 milyona çatmaqdadır.

Növbəti gün Makdermottun tvitini @ExtraGrumpyCat hesabı kopyalayıb, öz hesabında dərc etmişdir. Hətta Justin Bieberin özü bu tviti RT etsə də, sonda həmin tvit originalın yarısı qədər RT toplayıb.

Justin Bieberin tvitləri tez-tez minlərlə dəfə RT olunur. Məsələn 2012-ci ildə onun xərçəngdən vəfat etmiş 6 yaşlı qıza həsr etdiyi “RIP Avalanna. I love you” tviti 200 mindən çox RT olunmuşdu və bu Twitter tarixində ikinci ən çox RT olunmuş tvit sayılır. Birinci yerdə isə ABŞ prezidenti Barak Obamanın 2012-ci ildə prezident seçkilərində qalib gəlməsi ilə bağlı tvitdir ki, 500 mindən çox dəfə RT olunub.


Kateqoriya: Sosial Media . Açar sözlər: , , , , , , , . Xəbərin linki.