Twitterin yeni direktoru kim olacaq? | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Twitterin yeni direktoru kim olacaq?


default-1ss7Mərkəzi San Fransiskoda olan Twitterin CEO-su Dick Kostolo istefa edib.

Şirkət tərəfindən olunan açıqlamaya görə, Kostolo’nun vəzifəsini 1 İyul etibarı ilə müvəqqəti olaraq Jack Dorsey idarə edəcək. Dorsey və Kostolo birlikdə mətbuat konfransı təşkil edərək şirkətin, vahid xəttə sadiq qalacağını söyləyiblər. Strategiya dəyişikliyinə ehtiyac olmadığını ifadə edən Jack Dorsey, CEO-luq vəzifəsini uzun müddət davam etdirməyi düşünmədiyini ifadə edib.

Açıqlamanın ardından şirkətin hissələri birjada yüzdə 8 nisbətində dəyər qazanıb. İstefa edən Dick Kostolo’nun şirkətin idarə heyətinə üzvlüyü isə davam edəcək.

Twitter, birjaya elan olunduğu 2013-ci ilin payızından bu yana istifadəçi sayını planlaşdırdığı qədər artırmamışdı. Twitter, Yanvar-Mart ayları arasında 162,4 milyon dollar itki yaşayıb. Eyni dövrdə şirkətin dövriyyəsi gözlənilən hədəfə çatmayaraq 436 milyon dollarda qalmışdı. Twitterin bütün dünyada 302 milyon aktiv istifadəçisi var.
Twitterin ən böyük sərmayəçilərindən Əl Vəlid, Jack Dorseyin Twitter CEO-su olaraq qalmasını istəmədiyini ifadə edib.

Dick Kostolo’nun istefasıının ardından, Twitterin qurucularından olan köhnə CEO Jack Dorsey, müvəqqəti olaraq şirkətin başına keçib. Çox adam Jack Dorseyin Twitterin CEO-su kimi ən məntiqli ad olaraq onun şirkətdə qalıcı CEO olmasını gözləyir.

Digər tərəfdən, Dorseyin doğru ad olduğu mövzusunda isə hər kəs həmfikir deyil. Twitterin ən böyük sərmayəçilərindən olan Səudiyyə Şahzadəsi Əl Vəlid bin Talal, Dorseyin qurduğu “Square” adlı şirkətin başında dayanmasının Twitterə təkrar gəlməsindən daha yaxşı olacağını iddia edir.

Twitterin yüzdə 5-nə sahib olan Şahzadə Financial Times-a etdiyi açıqlamada ictimai media nəhənginin başına keçəcək adın texniki bacarığa sahib olması ilə birlikdə marketinq və investor bacarığının lazım olduğunu söylədi. Bu açıqlamada dəqiq bir ad verməyən Əl Vəlidin Adam Bain’i nəzərdə tutduğu qeyd edilir.

Aztwi.com


Kateqoriya: Sosial Media. Qısa keçid.