Twitterin həmtəsisçisindən İnstagram açıqlaması | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Twitterin həmtəsisçisindən İnstagram açıqlaması


Twitterin hemtesiscisiTwitterin həmtəsisçisi İnstagramdan üstün olduqlarını bildirib.

Evan Uilyams kəskin şəkildə bildirib ki, İnstagram istifadəçilərinin sayı onu narahat etmir, çünki Twitter daha çox qazanır və dünyada daha çox təsirə malikdir.

Aztwi.com-un xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə o, “Fortune” jurnalına müsahibəsi zamanı bldirib.

Bir müddət əvvəl İnstagram bildirmişdi ki, onun aktiv istifadəçilərinin sayı ayda 300 milyona çatıb. Son rəsmi məlumatlara görə aylıq Twitter istifadəçilərinin sayı 284 milyon nəfər hesab olunur.
“Bu səthi suallar dərinliyi əhatə etmir. Niyə biz yalnız istifadəçilərdən danışırıq? Bu göstərcilər mücərrədlikdən mənasız mücərridlikdir. – Uilyams bildirib.

Əgər siz Twitterin İnstagramla müqayisədə dünyaya etdiyi təsir haqqında düşünsəniz hər şey aydın olar. Bu dünyanın real informasiya şəbəkəsidir. Twitterdə dünya liderləri disskusiya aparır, vacib informasiyalar verilir. Ona görə də, düzünü desək, mənə İnstagramda daha çox adamın gözəl şəkillərə baxması ilə hər hansı işim yoxdu.”

Həmtəsisçi həmçinin bildrib ki, “Twitter İnstagramdan daha çox pul qazanır”

İnstagram 2012-ci ildə 1 milyard dollar müqabilində Facebook şirkətinə birləşdirilib. Twitterin kapitalı isə bu gün təxminən 23 milyard dollar olduğu bildirilir.

Aztwi.com


Kateqoriya: Sosial Media. Qısa keçid.