“Twitter”də ən çox oxunan dünya lideri kimdir? | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

“Twitter”də ən çox oxunan dünya lideri kimdir?


obamaDünya liderlərinin ən məşhur “Twitter” akkuantları məlum olub. Bu barədə Aztwi “Report”-a istinadən xəbər verir.

Məlumata əsasən, ən çox oxunan dünya lideri ABŞ prezidenti Barak Obamadır. Onun twitter sosial şəbəkəsindəki səhifəsini təxminən 57 mln. insan oxuyur.

Daha sonra siyahıda 19,5 mln. izləyicisi olan Roma Papası II Fransisk və təxminən 11 mln. izləyicisi olan Hindistanın baş naziri Narendra Modi gəlir.

Türkiyənin prezidenti də ən çox oxunan dünya liderləri beşliyinə daxil olub. Onun twitter akkuantına 6 mln. insan abunə olub.

Beşliyi Ağ evin akkuantı tamamlayır ( 5,9 mln. insan).

Aztwi.com


Kateqoriya: Sosial Media. Qısa keçid.