Twitter “Yeniləmə üçün çəkin” funksiyasının patentini aldı | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Twitter “Yeniləmə üçün çəkin” funksiyasının patentini aldı


Screenshot_2013-05-22-13-28-16Twitter mikrobloqlar xidməti 21 may tarixində “Yeniləmə üçün çəkin” (Pull/Release to refresh) funskiyasının patentini alıb. Bu patent ilə ABŞ patentlər idarəsi saytında tanış ola bilərsiniz.

“Yeniləmə üçün çəkin” funksiyasını Atebits şirkətinin əməkdaşı Loren Brixter’i (Loren Brichter)  — Tweetie twitter-tətbiqi üçün hazırlamışdı. Twitter Atebits’i aldıqdan sonra, Brixter mikrobloqlar xidmətinə işə keçib.

Twitter, “Yeniləmə üçün çəkin” funskiyasının digər şirkətlərin işlətməsində problem yaratmayacağını bildirib. 2012-ci ilin aprelində mikrobloqlar xidməti “İnnovatorun patent razılaşması”nı (IPA) təqdim etdi. Bu razılaşmada şirkət əməkdaşlarının texnologiyalarına alınan patentlərdən “yalnız müdafiə üçün” istifadə etməyə və hücum üçün olmayacağına söz verilib.

Twitter bloqunda deyilir ki, “Yeniləmə üçün çəkin” – “İnnovatorun patent razılaşması”na daxil olan birinci patent oldu. Twitter 21 may tarixində, yəni patentin alınması günündə razılaşmanın birinci versiyasını təqdim etdi. Daha əvvəl yalnız onun qaralama variantları dərc edilirdi.

“Yeniləmə üçün çəkin” funskiyası sensor ekran üzrə barmaqla siyahının yuxarı sərhədindən keçirib aşağı çəkməklə istifadəçiyə səhifəni (məsələn, twitter xəbər lentini) yeniləməyə icazə verir. Bu funksiya, Facebook daxil olmaqla bir çox mobil proqramlarda istifadə olunur.


Kateqoriya: Sosial Media . Açar sözlər: , , , , . Xəbərin linki.