Twitter ve Foursquare-dən ortaq addım | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Twitter ve Foursquare-dən ortaq addım


twitterTwitter ve Foursquare-nin 2015-ci ildən tweetlərə yer işarələrini əlavə etmək üçün ortaq çalışacaqları ehtimal olunur.

“Business Insider”-da olan iddiaya görə, yer işarəsi xidmətində istədiyi nəticəni göstərə bilməyən Twitter, bu sahədə Foursquare ilə gücünü birləşdirmək istəyir.

Şirkətə yaxın olan qaynaqlardan verilən məlumata görə, uzun müddətdir ki, bu sahədə əskikliyini aradan qaldırmaq üçün işlər görən Twitter, müsbət nəticə göstərə bilmədiyi üçün çıxış yolunu Foursquare ilə bərabər çalışmaqda tapıb.

Twitter, bu tətbiqi gücləndirmək üçün uzun müddət idi ki, komanda da yaratmışdı. Mövzu ilə bağlı yaranan iddialara baxmayaraq, Twitter və Foursquare hələ ki, rəsmi açıqlama verməyiblər.

Aztwi.com


Kateqoriya: Sosial Media. Qısa keçid.