Twitter tarixində ən məşhur hadisə hansıdır? | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Twitter tarixində ən məşhur hadisə hansıdır?


Almaniya-Braziliya oyunu zamanı mikrobloqların servisində bu oyun haqqında 35,6 milyon tvit atılıb.

Şirkətin bildirdiyinə görə, Braziliya və Almaniya arasında oynanılan oyun Twitter tarixində ən məşhur hadisə olub. Oyun zamanı mikrobloqların servisindən bu hadisəyə həsr olunmuş 35,6 milyon tvit atılıb.

Braziliyanın Almaniyaya 1-7 hesabı ilə məğlub olması, hər iki tərəfə azarkeşlik edənlər şiddətli reaksiyasına səbəb olub. Aktivliyin pik nöqtəsi oyunun 29-cu dəqiqəsində Sami Xediranın 5-ci qolu vurmasından sonra olub. Bir dəqiqədə Twitter istifadəçiləri 580.000 tvit yazıblar.

Bundan əvvəlki rekord təxminən iki həftə əvvəl Braziliya-Çili oyununda olub. O vaxt 16,4 milyon tvit yazılmışdı. Dünya çempionatı Twitter tarixində ən məşhur idman hadisəsi oldu. İki həftə yarış müddətində tvit sayı üç yüz milyonu keçdi.

Aztwi.com


Kateqoriya: Sosial Media. Qısa keçid.