Twitter son nəticələri açıqladı | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Twitter son nəticələri açıqladı


tw700Twitter 2015-ci ilin 2-ci yarımili üçün maliyyə nəticələrini açıqlayıb.

Aztwi.com-un xarici mediaya istinadən verdiyi məlumata görə, keçən ilin II rübündə 312 milyon dollar olan Twitter gəlirləri, bu ilin eyni dövründə 61 faiz artaraq 502 milyon dollara yüksəlib.

Toplam gəlirlərinin 90 faizini reklamlardan (452 milyon dollar) qazanan Twitterin, həmin gəlirlərin 88 faizini də (398 milyon dollar) mobil reklam təşkil edib. Gəlirdəki bu yüksək artım sosial şəbəkəni yenə zərər etməkdən xilas etməyib. 2014-cü ilin II rübündə 144 milyon dollar olan Twitterin zərəri, 2015-ci ilin II rübündə 136 milyon dollar olub.

Mövzu Twitter olduğu zaman, heç şübhəsiz ki, ən çox maraq doğuran məqam istifadəçi sayı olur. Nəticələrə görə, Twitterin aylıq aktiv istifadəçi sayı keçən ilin II rübünə görə 15 faiz artıma – 316 milyona qalxıb. 2015-ci ilin mart ayının sonunda 308 milyon olan istifadəçi sayı, bu ilin ikinci 3 aylıq dövründə 8 milyon artmışdır.
Keçən ilin II yarımilinə görə isə, Twitter son bir ildə aylıq aktiv istifadəçi sayını 45 milyon artırıb. Başqa sözlə, son bir ildə Twitterə gündə orta hesabla 123 min yeni istifadəçi daxil olub.

Periscope üzərindən nəticələri qiymətləndirən Twitter CEO-su Jack Dorsey, maliyyə nəticələrdən ümumi olaraq məmnun olmalarına baxmayaraq, böyümə sahəsində çox da qənaətbəxş ola bilmədiklərini etiraf edib.

Görəsən, 2015-ci ilin 3-cü yarımilliyində 545 milyon dollar ilə 560 milyon dollar arasında bir gəlir əldə etməyi planlayan Twitterin istifadəçi sayı nə qədər olacaq? Və investorlar üçün daha da əhəmiyyətlisi birjaya açıldığı 2013-cü ildən bu yana bütün yarımillərin zərərini açıqlayan sosial şəbəkə rəhbərləri bundan üzüağ çıxa biləcəklərmi?

Aztwi.com


Kateqoriya: Sosial Media. Qısa keçid.