Twitter mesajlaşmasında yenilik | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Twitter mesajlaşmasında yenilik


tvit mesajTwitter-də mesajlar artıq 140 işarədən çox olacaq


Bunu New York Times-ın jurnalisti Windu Goel Twitter rəhbərlərindən Dick Costolo -ya istinadən açıqlayıb.

Açıqlamada bildirilib ki, yazı işarələrinin artırılması daimi deyil və yenidən dəyişdirilə bilər. Hazırda Twitter ən böyük sosial şəbəkə olsa da, istifadəçiləri 140 işarəlik ictimai və ya şəxsi mesaj yaza bilirlər. Bu məhdudiyyət onunla bağlıdır ki, Twitter yaradılarkən, ABŞ-da sms uzunluğu 140 işarədən çox deyildi.

Sonradan istifadəçilərin bununla bağlı şikayətləri getdikcə çoxaldı. Və Facebook-un Whatsapp ve Messenger tətbiqlərilə müqayisədə geridə qalan Twitter bu baxımdan bir çox tədbirlər gördü ki, bunlardan biri də məhz mesajlaşmanın 140 işarədən çox olmasını təmin etməkdir.

Aztwi.com


Kateqoriya: Sosial Media. Qısa keçid.