Twitter istifadəçilərini sevindirəcək | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Twitter istifadəçilərini sevindirəcək


pic_ec643ade45957e49671a91d9bebca388271 milyon üzvü olan Twitter istifadəçilərinin etdikləri paylaşımlarla nə qədər nüfuza malik olduqlarını görmələrini təmin edən yeni bir tətbiq başladıb.

Beləliklə, analytics.twitter.com ünvanı sayəsində Twitter istifadəçiləri etdikləri paylaşımlarının nə qədər qarşılıq aldığını öyrənə biləcək. Sentyabr ayından bəri aktiv halda olan sistemi yalnız təsdiqlənmiş üzvlər istifadə edə bilirdi. Twitte verdiyi son qərarla həmin tətbiqi bütün üzvlərinin istifadəsinə açıb.

Analytics.twitter.com ünvanına adlarını və şifrələrini daxil edən Twitter istifadəçiləri, bunun sayəsində son dövrdəki paylaşımlarının neçə adam tərəfindən görüntüləndiyini və nə qədər qarşılıq aldığını görə biləcək.

Mərkəzi ABŞ olan Twitter, mövzuyla bağlı verdiyi açıqlamada, bu tətbiqin əvvəlcə ingilis, fransız, yapon və ispan dillərində paylaşımlar edən üzvlərin istifadəsinə açıldığını bildirib.

Şirkət, qısa bir müddət sonra bu tətbiqin digər dillərdə paylaşımlar edən üzvlərinin də istifadəsinə açılacağını bildirib.

Aztwi.com


Kateqoriya: Sosial Media. Qısa keçid.