Twitter Instagrama müharibə elan etdi | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Twitter Instagrama müharibə elan etdi


aztwiSosial media platformaları arasında ciddi bir rəqabət yaşanır. 

Yaşanan bu rəqabət isə sosial media platformaları arasında bir az da olsa müharibəyə bənzəyir. Özəlliklə də, Twitter və İnstagram arasında yaşanan bu yarış bütün diqqəti öz üzərinə çəkir. İnstagramın bu barədə açıqladığı son məlumatlar da iki platforma arasındakı rəqabəti daha da artırdı. Həmin açıqlamaya görə isə İnstagram 300 milyon istfadəçiyə sahib olduğunu və bununla da Twitteri geridə qoyduğunu söyləmişdi. Twitter isə bunun mümkün olmadığını, sadəcə şəkillərə baxmaq üçün bu qədər insanın instagramdan istifadə etdiyinə inanmadığını demişdi.

Bu açıqlamaların ardınca Twitter daha bir addım atdı. Öz səhifələri üzərindən İnstagram paylaşımlarının görünməsini xoş qarşılamayan Twitter, bunun üçün bir kampaniyaya başlayıb. Birbaşa olaraq instagram linki ilə şəkil paylaşımının edilməsi və beləcə səhifədən İnstagrama yönlənmə olmasını istəməyən Twitter istifadəçilərə də bu barədə bir açıqlama etdi. İstifadəçilərin sadəcə Twitter üzərindən şəkil paylaşmasını istəyən səlahiyyətlilər qısa zaman sonra bunu məcburi hala gətirəcəklərini də söylədilər. Bütün bunlara baxmayaraq, hələ də Twitter üzərindən İnstagramın şəkil linklərini görə bilirik. Təbii, bunlarla yanaşı Twitter üzərindən olan şəkil paylaşımları da artıq çoxalıb. Amma bu an üçün tam olaraq Twitter istifadə edilir demək də doğru olmaz. İnstagram rəhbərlərinin isə ən böyük rəqiblərindən gələn açıqlamalarından sonra necə bir qərar verəcəkləri maraqlıdır.

Aztwi.com


Kateqoriya: Sosial Media. Qısa keçid.