Twitter ikili autentifikasiya texnologiyasını təqdim etdi! | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Twitter ikili autentifikasiya texnologiyasını təqdim etdi!


Bir neçə gün bundan əvvəl sizə Twitter mikrobloqlar xidmətinin son zamanlar baş verən xaker hücumlarına qarşı yeni ikili autentifikasiya texnologiyasının hazırlanması ilə bağlı xəbər vermişdik.

Bu gün Twitter xidməti bu texnologiyanı sizə təqdim edir. Deməli, siz bu texnologiyanı aktiv etdikdən sonra öz Twitter hesabınıza daxil olarkən ilk öncə şifrəniz, sonra isə autentifikasiya kodunu yığmalısınız. Bu kodu almaq üçün isə növbəti addımları həyata keçirin:

account-security-cropped

  1. Hesab düzəlişləri səhifəsinə daxil olun.
  2. Require a verification code when I sign in” funskiyasını aktiv edin
  3. “Add a phone” üzərinə toxunun və funksiyaları ardıcıl yerinə yetirin
  4. Bütün addımları keçdikdən sonra qeyd etdiyiniz mobil nömrəyə 6 şifrəli autentifikasiya kodu gələcək və növbəti dəfələrdə sizə daxil olmaq üçün lazım olacaq.

Bu düzəlişlərdən sonra öz profilinizdən rahat istifadə edə bilərsiniz.


Kateqoriya: Sosial Media . Açar sözlər: , , . Xəbərin linki.