Twitter ikili autentifikasiya texnologiyasını işə salır | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Twitter ikili autentifikasiya texnologiyasını işə salır


611x395_twitter4_511aba4dda33fTwitter rəhbərliyi son zamanlar istifadəçilərin şəxsi məlumatlarının oğurluqları problemləri ilə əlaqədar olaraq ikili autentifikasiya texnologiyasını tətbiq edib, təhlükəsizlik səviyyəsini yüksəltməyə qərar verib.

Bu texnologiyanın mahiyyəti ondan ibarətdir ki, istifadəçi saytda avtorizasiyanı keçərək, login və şifrədən başqa məxfi kodu daxil etməlidir, hansı ki, təsadüfən yaradılır və  SMS şəklində istifadəçinin mobil telefonuna gəlir.

Belə çıxır ki, hətta cinayətkarlar hesabı sındırmaq və istifadəçinin şəxsi məlumatlarına giriş əldə etmək imkanı qazansalar belə, onlar bu istifadəçinin hesabına girməyi və onun adından müxtəlif növ informasiya yerləşdirməyi bacarmayacaqlar.

Xatırladaq ki, mikrobloqlar xidməti istifadəçiləri bu ilinin fevralının başlanğıcında kibercinayətkarların hücumuna məruz qalıb və cinayətkarlar təxminən 250 min istifadəçinin şəxsi məlumatlarını (adlar, parollar və elektron poçt ünvanları) oğurlayıblar.

İndi istehsalçılar artıq yeni avtorizasiyanın sisteminin quraşdırılmasının son mərhələsindədirlər. Daxili yoxlamanın bütün mərhələlərinin keçdikdən sonra, ictimaiyyətə açıqlanması planlaşdırılır.

Daha əvvəl qeydiyyatdan keçmiş istifadəçilərin telefonsuz xidmətdən istifadə edə bilmələri və yaxud onlarında nömrələrinin xidmətə bağlanması tələb olunması haqqında hələkik bir məlumat yoxdur.


Kateqoriya: Sosial Media . Açar sözlər: , , . Xəbərin linki.