Twitter-də yeni şikayət dönəmi | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Twitter-də yeni şikayət dönəmi


twitter-birdTwitter, sözlü təcavüzə məruz qalan qadın istifadəçilər üçün bunu detallı şəkildə şikayət edəcəkləri yeni bir tətbiq yaradıb.

Açıqlamaya görə, Twitter artıq sözlü təcavüzə və istismara məruz qalan qadın istifadəçilərinin bu durumu detallı olaraq şikayət etmələrinə şərait yaradır.

Women Action and the Media (WAM) adlı ictimai birlik ilə bərabər hərəkət etmək qərarı alan Twitter, bu tətbiq sayəsində sayt vasitəsilə gerçəkləşən irqçilik və cinsiyyətçilik kimi problemləri azaltmağı hədəfləyir.

Bu yeni tətbiq daxilində qadın istifadəçilər WAM vasitəsilə şikayət edəcək və bu hesabatları yoxlayan Twitter, günahkarlar haqqında gərəkli tədbiri görəcək.

Son dövrlərdə qadınlara qarşı bu cür münasibətin artdığını önə çəkən WAM, bu cinayəti törədən istifadəçilərə qarşı alınacaq qərarın Twitter-ə aid olduğunu, amma WAM-ın bu qərarları daim izləyəcəyini də açıqlayıb.

Aztwi.com


Kateqoriya: Sosial Media. Qısa keçid.