Twitter-də son rübün hesabatı | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Twitter-də son rübün hesabatı


MW-BQ668_twitte_MG_20131210123342Üçüncü rübün maliyyə nəticələrini açıqlayan Twitter keçən ilin eyni rübünə görə gəlirlərini 114% yüksəldərək, aktiv istifadəçi sayını da 13 milyona qədər artırıb.

Twitter bu ilin üçüncü rübündə 361 milyon dollar gəlir əldə edərək, şirkətin 9 aylıq gəliri 931 milyon dollara çatıb. Ötən ilin 9 aylıq dönəmində şirkətin gəlirləri isə 422 milyon dollar olaraq açıqlanmışdı.

Gəlirlərindəki artıma baxmayaraq, Twitter–in çıxarları 2 qat daha çox artmış görünür. Keçən ilin eyni rübündə 231 milyon dollar çıxar açıqlayan Twitter, bu rübdə 522 milyon dollar çıxar açıqlayıb. Bu rübdə 361 milyon dollar gəlirə qarşılıq 522 milyon dollar çıxarla şirkətin zərəri də 175 milyon dollar olub.

Twitter–in aktiv istifadəçi sayı

Keçən dönəmdə Twitter–in yatırımçılardan aldığı ən böyük reaksiya aylıq aktiv istifadəçi sayındakı artımın yetərli olmaması idi. Ötən rüb 16 milyon aylıq aktiv istifadəçi qazanan Twitter, bu rübdə 13 milyon aylıq aktiv istifadəçi qazanaraq ümumi istifadəçi sayını 284 milyona qaldırıb.

Twitter–in gəlir mənbələri

Ən önəmli gəliri reklamlar olan Twitter, bu rübdə 320 milyon dollar gəlir əldə etdiyini açıqlayıb. Twitter–in reklamdan sonra ən önəmli gəliri isə 41 milyon dollar ilə data lisenziyalaşdırma və digər gəlirlər olduğunu qeyd etməliyik.

Twitter–in reklam gəlirlərinə baxdığımızda mobil reklam diqqəti çəkir. Twitter–in reklam gəlirlərinin 80%-ni mobil reklamlar yaradır.

Aztwi.com


Kateqoriya: Sosial Media. Qısa keçid.