Twitter ABŞ-ı məhkəməyə verir | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Twitter ABŞ-ı məhkəməyə verir


twitterTwitter ABŞ hökumətini yeni internet təhlükəsizliyi qaydalarına görə məhkəməyə verəcəyini açıqlayıb.

Yeni qayda icazə verir ki, ABŞ, Twitter kimi sosial şəbəkələrin istifadəçi məlumatlarını beynəlxalq təhlükəsizlik adı altında ələ keçirsin. Twitter isə öz növbəsində bu qaydanın ABŞ konstitusiyasının birinci maddəsindəki “söz azadlığı” bəndinə əks olduğunu söyləyir.

Twitter səlahiyyətliləri ABŞ-ın istifadəçi bilgilərini tələb edərkən daha şəffaf olmalarını və bunu “beynəlxalq təhlükəsizlik” adı altında etməmələrini bildirir. Aprel ayında Twitter, ABŞ haqqında bir “Şəffaflıq hesabatı” hazırlayaraq hökümətə təqdim etmiş və hesabatın ictimaiyyətə açıqlanmasını istəmişdi. Lakin bu vaxta qədər ABŞ-lı səlahiyyətlilər həmin hesabatı hələ də yayınlamayıblar. Hazırlanan hesabatda ABŞ-lı səlahiyyətlilərin hansı məqsədlə istifadəçi məlumatlarını tələb etmələrinə dair bilgilər yer alır.

Twitter tərəfindən yazılı açıqlamada göstərilir ki, “ABŞ höküməti “beynəlxalq təhlükəsizlik” adı altında istifadəçilərin bigilərini tələb etsə də, bunun istifadəçilərin özlərindən xəbərsiz olmasını istəyir”.

İstifadəçilərə qarşı məsuliyyət

Twitter hər nə qədər Google kimi texnoligiya firmaları ilə müqayisədə ABŞ tələblərinə az məruz qalsa da, Amerika Vətəndaş Azadlıqları qurumu özlərinə qarşı açılan bu davanın digərləri ilə bənzərlik təşkil edəcəyini söyləyir. Qurumun hüquq üzrə sədr müavini Jameel Jaffer, “ Ümid edirik ki, digər texnoloji şirkətlər də, Twitterin seçdiyi yolu seçərlər. Bu şirkətlərin istifadəçilərinə qarşı bir məsuliyyəti də var. Həddini aşan nəzarət qaydalarına qarşı istifadəçilərini qorumalıdırlar” deyə söyləyib.

Aralarında Facebook, Google, Microsoft kimi şirkətlərin də yer aldığı bir çox texnoloji firmalar ABŞ-ın “şəxsi bilgi tələbləri”nə qarşı mübarizə aparmağa çalışır.

Apple isə tələblərdən yayınmaq üçün şəxsi məlumatları ələ keçirməyəcək şəkildə şifrələmə yolunu seçib.

Aztwi.com


Kateqoriya: Sosial Media. Qısa keçid.