Səudiyyə Ərəbistan şeyxi Twitter’dən istifadə edənlərin cəhənnəmə düşməsi barədə xəbərdarlıq edib | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Səudiyyə Ərəbistan şeyxi Twitter’dən istifadə edənlərin cəhənnəmə düşməsi barədə xəbərdarlıq edib


Saudi men surf the Internet.Səudiyyə Ərəbistanın dini polis başçısı məşhur mikrobloqlar xidmətindən istifadə edən həmyerlilərinə xəbərdarlıq edib.

Şeyx Əbdül Lətif Abdel Əziz əl-Şeyx (Abdul Latif Abdul Aziz al-Sheikh) bildirib ki, kim sosial şəbəkələrdən və xüsusilə Twitter xidmətindən istifadə edirsə o “bu dünyanı və əbədiliyi itirib”. Onun narahatlığını doğuran səbəb, ölkə sakinləri və xüsusən Er-Riyadda siyasi müzakirələr və digər suallar üçün Twitter’dən istifadə edilməsidir.

BBC’nin hələ aprel ayında yazdığı xəbərdə qeyd edilib ki,  müsəlman dünyasının ən hörmətli məscidi olan  əl-Haram imamı xütbə vaxtı “Twitter milli birləşməyə qarşı hədə yaradır” – deyə bildiriş edib. Bir qədər əvvəl isə, Səudiyyə Ərəbistanın əsas müftiyi bütün Twitter istifadəçilərini axmaq adlandırıb.

Həmçinin, bu ilin aprel ayında Səudiyyə Ərəbistanının Rabitə və İnformasiya texnologiyaları üzrə komissiyası, Skype, Viber və WhatsApp xidmətlərini ölkə ərazisində bağlamaq barədə niyyətini bildirib.


Kateqoriya: Sosial Media. Qısa keçid.