Avropa Oyunları Twitter-in Azərbaycan seqmentində – Araşdırma | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Avropa Oyunları Twitter-in Azərbaycan seqmentində – Araşdırma


Hər bir əhəmiyyətli hadisə və ya tədbir kimi, Avropa Oyunlarına da azərbaycanlı Twitter istifadəçiləri müəyyən maraq göstərir və bu mövzunu Twitter-də müzakirə edirlər.

Aztwi.com saytı Azərbaycanda və keçmiş SSRİ respublikaları məkanında unikal bir layihə olub, Azərbaycan Twitter seqmentinin analizi, trendlərin və statistikanın müəyyən olunması ilə məşğuldur. Biz istənilən, siyasi, ictimai, mədəni hadisələrin Twitter-da necə əksini tapmasını izləyir və analiz edirik.

Aşağıda Avropa Oyunları mövzusunda Twitter-in Azərbaycan seqmentində keçirdiyimiz araşdırmanı sizə təqdim edirik;

#Baku2015 açar sözü ilə tvit yazan istifadəçilərin sayı 540 nəfərdir, onlar ümumilikdə 18307 tvit yazıblar, bunlardan 5351-i  hiperlinki olan tvitlərdi, yəni bu tvitlər vasitəsilə hər hansısa bir saytdan xəbər paylaşılıb.

Bu açar sözləri ilə ən çox tvit yazmış 10 istifadəçini təqdim edirik;

@webkanan – 7583 Tvit

@Mehman_Mekoo – 2572 Tvit

@AliyevaMinacet – 708 Tvit

@Macid_Musayev – 670 Tvit

@TURALTTTURAN – 545 Tvit

@NizamiHR – 348 Tvit

@Aydinkhan – 252 Tvit

@GulselSafarova – 216 Tvit

@AzeDissident – 212 Tvit

@hesenhuseynzade – 209 Tvit

#Baku2015 açar sözünü yazanların 74,6% bunu stasionar kompyuter və ya noutbuk vasitəsi ilə edib.

#baku2015

#EuropeanGames açar sözü ilə 209 istifadəçi 2573 tvit yazıb bunlardan 1926 – sı hiperlinki olan tvitlərdi, yəni bu tvitlər vasitəsilə hər hansısa bir saytdan xəbər paylaşılıb.

Bu açar sözləri ilə ən çox tvit yazmış 10 istifadəçini təqdim edirik.

@Macid_Musayev – 338 Tvit

@NargizXelef – 142 Tvit

@hesenhuseynzade – 131 Tvit

@ireli_pu – 125 Tvit

@Mammadov_E_E – 121 Tvit

@AzAmAll – 117 Tvit

@GulselSafarova – 115 Tvit

@elnur_x – 89 Tvit

@nargizgurbani  – 81 Tvit

@Azeri_youthorg – 80 Tvit

 

#EuropeanGames açar sözünü yazanların 70,9% bunu stasionar kompyuter və ya noutbuk vasitəsi ilə edib.

European Games

Qeyd edək ki, sosial şəbəkə istifadəçilər arasında, Twitter-a mobil telefonlardan daxil olub, bu cihazlar vasitəsi ilə tvit yazan istifadəçilərin sayı durmadan artır.

Bu araşdırmamızda isə, mobil telefon vasitəsi ilə tvit yazmış istifadəçiləri araşdıranda maraqlı bir fakta rast gəldik, belə ki, #Baku2015 açar sözü ilə tvit yazan istifadəçilərin 10,2 % Android istifadəçisi olsa da #EuropeanGames açar sözləri ilə yazanların isə yalnız 7,3 % Android istifaçisidir.

Buradan belə çıxır ki, Android istifadəçiləri #Baku2015 açar sözünə, İOS istifadəçiləri isə #EuropeanGames açar sözünə üstünlük veriblər.

Bakı Avropa Oyunlarının rəsmi Twitter hesabını (@BakuGames2015) analiz etdikdə isə, burada var olan büdcə, zaman və PR imkanları ilə bir araya gəlməyən bir rəsmi hesabla rastlaşdıq.

 

© Aztwi.com

 

 


Kateqoriya: Sosial Media. Qısa keçid.