Azərbaycan şirkətləri Twitter-a maraq göstərirmi? | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Azərbaycan şirkətləri Twitter-a maraq göstərirmi?


hajizade_intervyu_0210Bu sualla Hajizade Group şirkətinin baş direktoru, KİV və PR sahəsində mütəxəssiz Əli Hacızadəyə müraciət etdik.

Qeyd edək ki, bu seçimimiz təsadüfi deyil, çünki Twitter-in Azərbaycan seqmentinin monitorinqini aparan Aztwi.com saytı məhz Hajizade Group-a məxsusdur.

Əvvəla qeyd edim ki, sosial şəbəkələri biznes üçün istifadə etmək, yerli şirkətlər üçün hələ ki, yenilikdir. Lakin bir çox yerli şirkət, bu istiqamətdə müəyyən işlər görür. Onu da deyim ki, Azərbaycan şirkətləri əsasən Facebook sosial şəbəkəsinə üstünlük verir, bunun bir çox obyektiv və subyektiv səbəbi var.

Fəqət demək olmaz ki, Twitter qıraqda qalıb, xeyir bu sosial şəbəkədən istifadə edən şirkətlər də var. Bunlar əsasən iri şirkətlərdir, mobil operatorlar, banklar, sığorta şirkətləri.

Twitter müştərilər ilə əlagədə olan, onların suallarını cavablandıran şirkətlər üçün çox əlverişli bir vasitədir. Eyni zamanda kifayyət qədər operativ və ucuz. Məhz buna görədir ki, yerli mobil operatorlar, Twitter-in bu üstünlüklırindən ilkin olaraq daha aktiv  istifadə etməyə başladılar.

Onu da qeyd edim ki, bəzi yerli marketinq mütəxəssisləri hesab edir ki, əgər Twitter-da istifadəçi sayı azdırsa ona diqqət ayırmağa dəyməz. Hesab edirəm ki, bu yalnış yanaşmadır. Twitter Facebooka kəmiyyət baxımından uduzsa da keyfiyyət baxımından daha yüksək səviyyədədir. Çünki Twitter deməyə sözü olan və sözünü deyə bilən insanların seçdiyi və istifadə etdiyi sosial şəbəkədir. Bu isə onların intellektual potensialından xəbər verir.

Bundan əlavə Twitter-da hələ ki, Facebookdakından daha effektiv çalışan haştaq sistemi var. Bu sistem şirkətlərə Facebookda olduğu kimi kütləye deyil məhz onun sahəsi ila maraqlanan insanlara müraciət etmək imkanı verir.

Hesab edirəm ki, Azərbaycan şirkətləri və xüsusən özünü sahələrinin liderləri hesab edən şirkətlər bu sosial şəbəkənin onlara verə biləcəyi profitlə daha yaxından maraqlanmalıdırlar.

 

Finance Time


Kateqoriya: Sosial Media. Qısa keçid.