Azərbaycan dünya Twitter trendində və məhşurların Fərid Məmmədovun çıxışı barədə fikirləri | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Azərbaycan dünya Twitter trendində və məhşurların Fərid Məmmədovun çıxışı barədə fikirləri


Bu il İsveçin Malmö şəhərində keçirilən Eurovision mahnı müsabiqəsinin nəticələri ilə yəqin hər biriniz may ayının 19-u tanış oldunuz. Birinci yeri Danimarka nümayəndəsi Emili de Forest (Emmelie de Forest), ikinci yeri ölkə təmsilçimiz Fərid Məmmədov, üçüncü yeri isə Ukraynalı xanım Zlata Oqneviç (Zlata Ognevic) tutdu. Lakin bir çox ölkələr məhz Fəridin qalib gəlməsini istəyirdi və “Azerbaijan” sözü dünya Twitter trendinə qalxmışdı:

twittop

Bundan əlavə məhşur insanlar öz rəsmi Twitter səhifələrində Fəridin çıxışı və səhnə nömrəsi ilə bağlı gözəl fikirlər səsləndirmişdilər. Məhşur Rus müğəni və Eurovision 2008 qalibi Dima Bilan: “Fokas ilə mən 2 euro birlikdə keçirmişəm. Azərbaycanın çıxışı gözəldir”.

bilan

 

Trend Media direktoru Artem Shugarsky: “Azərbaycanın hazırladığı nömrə heyrətamizdir.  Mahnını bu üzdən heç eşitmirəm”.

artyom

 

Rusiyalı artist, model və müğənni  Tanya Tereshina: “Azərbaycan afərin!”

tanya

 

Rusiyanın seks simvolu, aktrisası və TV aparıcısı Anfisa Çexova: “Azərbaycandan çox ehtiraslı bir oğlan oxuyur. Nömrə də çox gözəldir. Bu gecə ilk gözəl çıxışdır. Lakin, kölgəni qız etsə idilər daha yaxşı olmazdı?”..

anfisa

 

Rusiyada Eurovision mahnı yarışmasını yayımlayan ORT (1-ci kanal) Azərbaycanın çıxışı barədə fikirləri: “N20 – Azərbaycan. Nömrə demək olar sirkdə şüşə kub ilə hərəkətə bənzəyir.   Hər bir şeydə romantika seyr edirik”.

1tv

 

Azərbaycan əsilli Rusiya vətəndaşı Bəxtiyar Əliyev (Bahh Tee) həmyerlimiz  barədə gözəl fikir bildirib: “Azərbaycan ilə fəxr edirəm. 6 il çıxışı ərzində – bir dəfə 8-ci yeri, digər 5 ildə isə stabil olaraq ilk beşlikdə qərarlaşıblar – bu çox gözəldir!”…

bahtee

 

Bundan əlavə, erməni əsilli Melina Arzumanyan öz Twitter hesabında Fəridin çıxışı ilə bağlı çox gözəl fikir bildirib və bütün ermənilərin qəzəbinə tuş gəlib. Melinanın xöşbəxtliyindən o Rusiya vətəndaşıdır və ermənilər ona bu sözlərə görə heç bir xəsarət yetirə və hökümət səviyyəsində problem yarada bilməyəcəklər.

“Ermənilər məni bağışlasınlar, amma mən öz səsimi Azərbaycana verdim. Çox gözəl mahnı seçilib! Müğənni də çox gözəldir!)” – Melina öz Twitter hesabında yazıb.

ermeni

 

Fərid Məmmədova isə öz növbəmizdə uğurlar arzu edirik! İnşaAllah karyerasına uğurla davam edər və daha uğurlu nəticələrə nail olar. Qeyd etmək istərdik ki, Dima Bilan da ikinci ilki çıxışında Eurovision qalibi olmuşdu.

 


Kateqoriya: Sosial Media . Açar sözlər: , , , . Xəbərin linki.