Alman həkimlərin Twitter araşdırması | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Alman həkimlərin Twitter araşdırması


xeste tvitter istifadecisiAlman həkimlər Twitter mikrobloqları arasında ciddi araşdırma aparmağa başlayıblar. Məlum olub ki, onların xəstələrindən birinin mikrobloqa olan marağı özünəqəsd vəziyyətinə qədər gətirib çıxarıb.

NBC News-un mövzu ilə bağlı yazdığına görə, alimlər qrupu “Twitter Psixoz: xüsusi halda yoxsa ayrı-ayrı sindromdur” yazısı ilə sinir və psixiki xəstəliklər jurnalının avqust buraxılışında çıxış ediblər. Onların diqqət obyekti “Xanım S” adlı 31 yaşlı xəstə qadın olub. Həmin xanım gün ərzində Twitter mikrobloqunda bir neçə yazılar yazır və oxuyurmuş. Nəticədə ona elə gəlib ki, hansısa məşhur bir aktyor gizli işarələrdən istifadə edərək ona müxtəlif retwitlərdə cavab verir. Alman psixatiriya klinikasında müalicə keçdikdən sonra o, twitterə olan marağını tamam itirib.

NBC həkimi Jan Kalbitcera “bu, tibbi icmaya etdiyimiz təsadüfi haldır” deyə fikrini açıqlayıb. Alimlər sosial şəbəkələrdə həqiqətən belə hal baş verə biləcəyini və ya həmin insanların özündə tam təsadü olduğunu, yoxsa psixi pozğunluğun qeyri-adi bir forma olduğunu araşdırmağa söz veriblər.

 Aztwi.com


Kateqoriya: Sosial Media. Qısa keçid.