Aztwi.com | Twitter Azərbaycan: Trendlər, mikrobloqqerlər, xəbərlər və.s. Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi
Twitterin Azərbaycan seqmentinin monitorinqinin aparması ilə məşğul olan Aztwi.com saytı 2010 – cu ildən fəaliyyət göstərir. Yeni istifadəçilər qoşulduqca suallar təkrar-təkrar verilir. Məhz bu səbəbdən saytımızda qısa FAQ yazmaq qərarına gəldik, ümid edirik ki, suallar həm yeni, həm də proyektlə tanış olan istifadəçilərin suallarına cavab verəcək.

1. Aztwi.com saytının əsas təyinatı nədir?
Məlum olduğu kimi, Twitter saytında ən çox müzakirə olunan mövzular (Trending Topics) bölməsi mövcuddur. Bu bölmə həm dünya üzrə qlobal trendləri, həm də ayrı-ayrı ölkələr üzrə (o ölkələrdə ki, Twitter çox populyardır) lokal trendləri canlı olaraq dərc edir. Azərbaycan həmin ölkələr siyahısında yoxdur, ona görə də bu boşluğu doldurmaq üçün Twitterin API imkanlarından istifadə edərək biz Azərbaycan seqmentində dərc olunan twitləri toplayıb analiz etmək, belə bir xidmət qurmaq qərarına gəldik.

2. Aktual mövzular bölməsini bildik, bəs digər bölmələr nə üçündür?
Aztwi.com saytında həmçinin ən populyar istifadəçilər bölməsi mövcuddur. Bu bölmədə müəyyən vaxt intervalları üzrə (gün, həftə, ay) fikirləri daha çox paylaşılan, haqqlarında daha çox bəhs olunan istifadəçilərin siyahısı dərc olunur. Tanınmış mikrobloqqerlər bölməsində isə Azərbaycanda tanınmış və Twitterdə aktiv olan şəxs və təşkilatların hesabları dərc olunub. Nəhayət Bütün İstifadəçilər bölməsində Azərbaycan üzrə bütün aktiv mikrobloqqerlərin cədvəli dərc olunub. Cədvəl @aztwi hesabının izlədiyi hesablar əsasında qurulub və hər gün yenilənir.

3. Trend və populyar istifadəçilər bölməsində hər sözün önündə olan ədədlər nəyi göstərir?
O ədədlər həmin söz və ya istifadəçi adı haqda bəhs olunma sayını göstərir. 1-ci göstərici unikal bəhs olunma, ikinci isə cəm bəhs olunma sayıdır. Düzüm unikal bəhs olunmaya görə aparılır. Daha aydın izah etmək üçün nümunə: Əgər yağış 32/114 yazılıbsa, deməli seçilmiş intervalda Azərbaycan seqmentində 32 nəfər yağışdan danışıb və bu sözü 114 dəfə işlədiblər.

4. Bəzi trend sözlər bəzən qırmızı rəngdə olur, bu nəyi bildirir?
Əgər hər hansı trend sözün (istifadəçi) göstəricisi son dövrlər üçün olan ortalama trend göstəricilərini aşırsa və həmçinin üstələdiyi trendləri kəskin şəkildə üstələyirsə, o halda həmin söz açıq-qırmızı rəngdə görünür. Bu haqqında danışılan sözün cari interval üzrə daha aktual olmasını göstərir.

5. Bəzən saytınız bir neçə saat, bəzən bir gün yenilənmir, bu nə ilə əlaqədardır?
Aztwi.com saytı bazasını gün ərzinə bir neçə dəfə yeniləyir. Amma bəzi hallarda gələn axın o qədər intensiv ola bilir ki, APİ-lərdə olan limitlər səbəbindən bütün axını analiz etmək mümkün olmur və buna görə də yenilənmələrdə gecikmə halları ola bilir. Amma müntəzəm optimallaşdırma işləri apardığımızdan bu halları minimuma endirmişik, gələcək üçün də çalışırıq ki belə hallar ümumiyyətlə olmasın.

6. Nəyə görə Azərbaycan seqmentində ən çox müzakirə olunan mövzular Twitterin qlobal trendlərinə düşə bilmir?
Twitterin aktual mövzular bölməsi kiçicik zaman intervalında haqqında 10 minlərlə tvit dərc olunan mövzuları yayımlayır. Məsələn 2012 – ci ilin aprel ayına olan statistikamıza görə Azərbaycanlı istifadəçilərin sayı 30-35 mindən çox deyil. Bunlardan yalnız 1/3-ü aktiv istifadəçilərdir. Göründüyü kimi bu kiçik rəqəmlər imkan verməz ki, Azərbaycan seqmentində müzakirə olunan mövzular milyonlarla istifadəçisi olan ölkələrin mövzularını üstələyə bilsin.

7. Niyə Bütün İstifadəçilər bölməsində istifadəçi sayı cəmi 4-5 min civarındadır, hansı ki, bu göstərici Twitterdəki Azərbaycanlı istifadəçilərin sayından bir neçə dəfə azdır?
Bu bölmədə, əsasən aktiv istifadəçilər yer alır, yəni müntəzəm olaraq mikrobloquna daxil olan istifadəçilər. Yuxarıda da qeyd edildiyi kimi heç də bütün istifadəçilər mikrobloqundan aktiv istifadə etmir. Bu tək bizdə deyil, bütün ölkələr üzrə belədir.

8. Mən aktiv istifadəçiyəm, amma mənim adım sizin saytdakı siyahıda yoxdur, niyə?
Biz Azərbaycanlı istifadəçilər aşkara çıxardıqca bazaya əlavə edirik, əgər sizin adınız yoxdursa, asanlıqla bizə bu barədə bildirə bilərsiniz (@AztwiSupport vasitəsilə). Əgər son 1 ayda əllə daxil edilən (yəni qeyri avtomatik, Youtube, Foursquare və.s. avtotvitləri yox) tvit sayınız 10-dan artıqdırsa, profil şəkli yeri boş deyilsə, o halda sadəcə @aztwi hesabını follow edin, belədə sizin mikrobloqunuz bizim tərəfdən avtomatik follow back ediləcək və günün sonunadək mikrobloqunuz bazamıza əlavə ediləcək.

9. Bəzi istifadəçilərin adları önündə olan göy rəngli kiçik təsdiq işarəsi nəyi bildirir?
«Verified by @aztwi» işarəsi həmin twitter hesablarının həqiqətən də hesabda göstərilən şəxsə məxsus olduğunu dəqiqləşdirdiyimizi göstərir. Amma təbii ki, biz iddia etmirik ki, həmin hesablardakı tvitləri məhz həmin şəxslər özləri yazır. Əsasən, bu məhşur insanların və şirkətlərin profillərinə aiddir.

10. Sizinlə necə əlaqə saxlamaq olar? Bəzən Twitter ilə göndərilən mesajlara cavab vermirsiniz.
Əgər sizin hər hansı iradınız, təklifiniz, qeydiniz və ya arzunuz varsa, bizimlə @AztwiSupport hesabı vasitəsilə birbaşa əlaqə saxlayın. (Həmçinin hazırda oxuduğunuz FAQ-dakı suallardan fərqli suallarınız olduqda).

11. AztwiNews nə üçündür?
Bu bölmədə siz Dünyadan və Azərbaycandan Twitterlə bağlı xəbərlərlə tanış ola bilərsiniz. Xəbərləri mütəmadi izləmək üçün @aztwinews hesabını izləyə bilərsiniz.