Ərdoğan Twitter-ə nifrət edir | Aztwi.com Twitter Azərbaycan - aktual mövzular, tanınmış istifadəçilər, reytinq, canlı yayım - aztwi

Ərdoğan Twitter-ə nifrət edir


MW-BQ668_twitte_MG_20131210123342Bir çox digər dünya liderləri Twitter-in  aktiv istifadəçisi olmasına baxmayaraq Ərdoğan ötən il anti-hökumət etirazlarından və xüsusilə ona qarşı  korrupsiya ittihamlarından sonra sosial şəbəkədə fəaliyyətini zəiflədib. 

 

Cümə axşamı Baş nazir Rəcəb Tayyib Ərdoğan Twitter sosial şəbəkəsinə qəzəbli hücuma başlayıb və sosial medianı “cərrah əlində neştər” və ya”əli bıçaqla qatil” ilə müqayisə edib.

Ötən il onun hökumətinə qarşı kütləvi küçə etirazlarına təşkil etmək üçün Twitter-dən istifadə edilmişdir və Ərdoğan sosial medianı “sakitliyi pozmaq”da və narkotik ticarətinin təşkilində iştirak etməkdə ittiham etmişdir.

Xatırladaq ki, hökumət mart ayında baş nazir və onun yaxın ətrafının video və digər sənədlərin yayılmasından sonra Twitter və YouTube-u qadağan edib. Sosial media üzərindəki qadağa bu addımın söz azadlığının pozulması olması ilə bağlı Konstitusiya Məhkəməsinin qərarından sonra ləğv edilib.

Aztwi.com


Kateqoriya: Sosial Media. Qısa keçid.